Xəbər lenti

Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
İdman19:38 29.10.2026

Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan millisinin üzvü Könül Əliyeva tarixi nəticəyə imza atıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

"48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bununla Könül Əliyeva Böyük Dəbilqə yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, mübarizəyə 1/8 finaldan başlayan Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda niderlandlı Amber Gersyesi, yarımfinalda isə Fransa cüdoçusu Melani Lequ-Klemanı məğlub edib.

"Həlledici görüşdə Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan Könül Əliyeva rəqibindən üstün olaraq qızıl medala sahib çıxıb.

Bu, eyni zamanda Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır", - deyə məlumatda qeyd edilib.