Xəbər lenti

Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Maqazin16:54 29.10.2026

Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib.

Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan olan bir tanışı ona zəng edərək oğlunun narahatlığını çatdırıb:

“Bir az arıqlamışdım. Ağdamlı bir tanışım var, adını çəkmirəm. Zəng edib dedi ki, oğlum deyir, birdən bizi pis vəziyyətdə qoyar. Bilmədim nə deyim. Dedim: “Qardaş, sizə mənim çəkim lazımdır, yoxsa oxumağım?” Adam arıqlayar da. Mübahisə etmədim, dedim, Allah xeyrinizi versin. Bizim elə sənət adamlarımız var ki, insanlar onları sevir. Bizim kimi insanların dirisinin bir yana, ölüsünün də qədri bilinməlidir. Bir az arıqlamışam, xəstələnmişəm deyə məni toyundan, xeyir işindən kənarlaşdırırsan? Bu, düzgün hərəkət deyil, insanlıqdan uzaqdır”.

Tacir Şahmalıoğlu səhhətində yaranan problemlərin səsinə təsir etmədiyini də vurğulayıb.

Bahar Rüstəmli