
Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb.
Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:
“Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki, tələbəm gəlsin mənim yanıma, maraqlansın. Yolunu gözlədim. Heç bir yerdə bu barədə danışmadım. Gəlmədisə, sağ olsun”.
Qeyd edək ki, Tacir Şahmalıoğlu səhhətində yaranan problemlərlə əlaqədar ağır günlər yaşadığı vaxtlarda onunla vaxtilə duet oxuyan Fədayə Laçın Azərbaycanda olub.
Xatırladaq ki, müğənni iki ay ərzində ard-arda iki ağır əməliyyat keçirib.
Bahar Rüstəmli