Xəbər lenti

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu (VİDEO)
Ölkə11:02 27.10.2026

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu (VİDEO)

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib.

Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın isə buna əhəmiyyət vermədən avtomobili idarə etməyə davam edir.

Sözügedən görüntülər Türkiyə KİV-lərinin də diqqətini çəkib.

Məlumata görə, xanım əvvəllər də ilanla birlikdə çəkilmiş oxşar görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Aydın