
Xəzərin Pirşağı sahilində suiti cəsədləri aşkarlanıb...
Xezerxeber.az xəbər verir ki, cəsədlərə sahilboyu müxtəlif ərazilərdə rast gəlinir. Qarşımıza çıxan suiti cəsədləri ətrafa kəskin və xoşagəlməz qoxu yayırdı.
Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini deyir ki, Xəzər dənizinin sahillərində suiti cəsədləri aşkarlanmasının bir neçə səbəbi ola bilər.
Elşən Məcidovun sözlərinə görə, suitilərin ölümünün dəqiq səbəbi ekspertiza və laborator müayinələrdən sonra müəyyən edilə bilər. Xəzər suitisi endemik və qorunan növ olduğundan, sahilyanı ərazilərdə bu istiqamətdə monitorinqlər aparılır. Vətəndaşlara isə Xəzər suitilərinin cəsədləri ilə qarşılaşdıqları halda onlara toxunmamaları tövsiyə olunur.