Xəbər lenti

Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi (FOTO)
Siyasət18:37 26.10.2026

Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.

Qaynarinfo xəbər verir ki, qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açılıb, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulanıb.

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.