
"Bu gün Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində Azərbaycanla Niderland arasında müzakirələr aparıldı”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Aİ ilə əməkdaşlıq kontekstində Avropa bazarlarına yaşıl enerjinin təchizində Azərbaycanın rolu, Orta Dəhlizin inkişafı, Ələt Azad İqtisadi Zonasında əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.