Xəbər lenti

Elvis Preslinin 274 mahnısına görə "Anthropic"dən 41 milyon dollar tələb olunur
Dünya13:52 26.10.2026

Elvis Preslinin 274 mahnısına görə "Anthropic"dən 41 milyon dollar tələb olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elvis Preslinin mahnılarının hüquq sahibləri süni intellekt modellərinin təlimi zamanı müəllif hüquqlarını pozmaqda ittiham etdikləri “Anthropic” şirkətini məhkəməyə veriblər.

Qaynarinfo NBC News-a istinadən xəbər verir ki, iddiaçılar şirkəti 274 mahnıdan lisenziyasız və ödənişsiz istifadə etməkdə ittiham edirlər.

İddiaya daxil edilən əsərlər arasında “Can't Help Falling in Love”, “All Shook Up”, “Don't Be Cruel” və “Return to Sender” kimi məşhur mahnılar var. Hüquq sahibləri pozuntuların süni intellekt modelinin hazırlanması prosesində baş verdiyini və istifadəçilərin mahnı mətnləri əsasında icazəsiz uyğunlaşdırmalar yaratması ilə davam etdiyini bildirirlər.

İddiaçılar müəllif hüquqlarının qəsdən pozulmasına görə 41,1 milyon dollar təzminat, mahnı mətnlərindən istifadəyə daimi qadağa qoyulmasını və yaradılmış nüsxələrin məhv edilməsini tələb edirlər.

“Anthropic” isə ittihamlarla razılaşmadığını və məhkəmədə özünü müdafiə edəcəyini açıqlayıb.

Günay