
Bir həftədir ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub. Yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq layihəyə əsasən, kənd təsərrüfatına 1 milyard 379 milyon 488 min manat vəsait ayrılması nəzərdə tutulur.
Bəs, bu vəsait aqrar sektorun inkişafına nə vəd edir və əsasən hansı istiqamətlərə yönəldiləcək?
İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, kənd təsərrüfatına ayrılan vəsaitin həcmində əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik gözlənilmir:

"Bir qədər cüzi artım olacaq. Bu vəsait əsasən subsidiyalar üçün nəzərdə tutulub. Artıq bir neçə ildir ki, Azərbaycanda subsidiya qaydaları təkmilləşdirilir. Bəzi sahələr üzrə subsidiyaların məbləğində də artımlar var”.
Natiq Cəfərlinin fikrincə, kənd təsərrüfatına ayrılan vəsaitin əsas hissəsi aqrar sahədə subsidiyaların maliyyələşdirilməsinə yönəldiləcək.
Bahar Rüstəmli