Xəbər lenti

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər
Ekonomiks10:09 26.10.2026

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir.

Bu barədə Bankın məlumatında bildirilir.

Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarını və texniki xidmətini nəzərdə tutur. Qurğunun layihə gücü sutkada 300 min kubmetr su təşkil edəcək. Pik tələbat dövrlərində istehsal həcminin sutkada 330 min kubmetrə çatdırılması mümkün olacaq. Layihə, həmçinin müvafiq infrastrukturun yaradılmasını əhatə edir.

Layihə 25 illik dövlət-özəl tərəfdaşlığı (DÖT) sazişi çərçivəsində həyata keçiriləcək. Duzsuzlaşdırılmış su yalnız iri şəhərlərin su təchizatına cavabdeh olan dövlətə məxsus “United Water Supply Services of Major Cities” şirkətinə veriləcək.

Bu, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk irimiqyaslı layihə, eləcə də dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən ilk layihə olacaq.

“AİB-nin Azərbaycanla 2025–2029-cu illər üzrə Tərəfdaşlıq Strategiyasında müəyyən edilmiş əsas məqsədlərdən biri aşağı karbonlu nəqliyyat və infrastruktur əlaqələrinin inkişafı, eləcə də inklüziv inkişafın təşviqidir. Layihə, xüsusilə, strategiyada nəzərdə tutulan ekoloji cəhətdən təmiz və dayanıqlı infrastrukturun yaradılması hədəfinə nail olunmasına töhfə verir”, — deyə AİB-nin məlumatında bildirilir.//Trend.az