
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub. Yaxın günlərdə müzakirəyə çıxarılacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, büdcənin gəlirləri əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.
Növbəti il də sosial müdafiə və təminat xərcləri artırılır.
Müdafiə və Milli təhlükəsizliyə ayrılan vəsaitin həcmi 8 milyard 816 milyon manat olacaq.
Təhsil sahəsinə 5 milyard 98 milyon 986 min, Kənd təsərrüfatına 1 milyard 379 milyon 488 min manat vəsait ayrılması planlaşdırılır. Şəhərlərdən isə gəlirlər strukturunda Bakının payı daha çoxdur.
Layihəyə əsasən, şəhər və rayonların yerli xərclərinin maliyyələşdirilməsi üçün onların gəlirləri yerli xərcləri təmin etmədikdə, müvafiq qurum həmin şəhər və rayonlara xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayıra bilər.
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın yuxarı həddi azaldılır. Sənədə əsasən, sözügedən rəqəm 198 milyon manat müəyyən olunub.//Xəzər TV