Xəbər lenti

Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir
Siyasət15:54 26.10.2026

Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edir, onların da təxminən 99,9 %-i yalandır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

"Qərb mediası ayrı-ayrı ölkələrə qarşı dezinformasiya yayır və informasiyanı manipulyasiya edir, Azərbaycan isə daimi hədəfə çevrilir. Bizə cavab hüququ verilməsi xahişi ilə müraciət etdikdə, heç bir reaksiya olmur - bizə bu yazıları şərh etmək imkanı verilmir. Belə dezinformasiya dalğası ilə mübarizə aparmaq son dərəcə çətindir. Dünyanın bir çox ölkəsi bu problemdən əziyyət çəkir", - o bildirib.