Xəbər lenti

Gülüstan Əliyeva 30 illik səhnə yubileyinə hazırlaşır
Sənət15:33 26.10.2026

Gülüstan Əliyeva 30 illik səhnə yubileyinə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Gülüstan Əliyeva səhnə fəaliyyətinin 30 illik yubileyinə hazırlaşır.

Müğənni Qaynarinfo-ya açıqlamasında yubiley tədbiri ilə bağlı hazırlıqların davam etdiyini bildirib.

“Bütün günü teatrda oluruq, opera ilə bağlı məşqlər gedir. Hər şey yüksək səviyyədədir. Həmin gün Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunacaq. Səkkiz il əvvəl Leyli obrazını canlandırmışdım. Yenidən Leyli olmaq qürurvericidir. Tamaşanın biletləri satışdadır, amma hələ satılmamış yerlər də var. Bütün prosesi özüm izləyirəm”, — deyə Gülüstan Əliyeva bildirib.

Sənətçi yubiley münasibətilə nümayiş olunacaq “Leyli və Məcnun” operasında tərəf müqabilinin Əməkdar artist Elnur Zeynalov olacağını da qeyd edib.

Bahar Rüstəmli