Xəbər lenti

Yeni Ceyms Bond roluna dörd aktyor namizəddir
Sənət14:57 24.10.2026

Yeni Ceyms Bond roluna dörd aktyor namizəddir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Amazon MGM Studios" növbəti həftə yeni Ceyms Bond obrazını canlandıracaq aktyorun seçimi ilə bağlı son sınaqları keçirəcək. Əsas namizədlər arasında Cek Loudon, Kallum Törner və Coş O'Konnorun adları var.

Qaynarinfo xəbər verir ki, bu barədə “Deadline” nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, son seçim mərhələsinə dörd aktyor dəvət olunub. Lakin namizədlərdən birinin adı hələlik açıqlanmayıb.

Amazon MGM Studios may ayında yeni Ceyms Bondun seçilməsi üçün kastinq elan edib. Bundan əvvəl mediada Cek Loudon və Kallum Törnerlə yanaşı, Ceykob Elordi, Pol Meskal, Harris Dikinson və Cek Bartonun da mümkün namizədlər sırasında olduğu bildirilirdi.

Yeni filmin rejissoru isə kanadalı rejissor Deni Vilnöv olacaq. Ceyms Bond rolunu kimin canlandıracağı və filmin çəkilişlərinə nə vaxt başlanacağı hələlik məlum deyil.

Aydın