Xəbər lenti

Əlcəzair 53 ildən sonra ilk dəfə xaricə hərbi qüvvə göndərir
Dünya13:08 26.10.2026

Əlcəzair 53 ildən sonra ilk dəfə xaricə hərbi qüvvə göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əlcəzair parlamenti Nigerə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu, ölkənin 1973-cü ildən bəri xaricdə ilk hərbi yerləşdirməsi olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” məlumat yayıb.

Əlcəzair hərbçilərinin Nigerin şimal-şərqində, Liviya ilə sərhəddə yerləşən Madama yaşayış məntəqəsinə göndərilməsi nəzərdə tutulur. Ərazidə əvvəllər Fransanın hərbi bazası fəaliyyət göstərib. Hələlik bölgəyə neçə hərbçinin göndəriləcəyi və əməliyyatın nə vaxt başlayacağı açıqlanmayıb.

Nigerin şimalında və qonşu ölkələrin sərhədyanı ərazilərində hökumət qüvvələri ilə silahlı qruplaşmalar, o cümlədən islamçı silahlılar arasında uzun illərdir toqquşmalar davam edir. Əlcəzair senatoru Belkasem Bulqiti bildirib ki, hərbi qüvvələrin göndərilməsində məqsəd ölkənin iqtisadi və strateji maraqlarını, xüsusilə Nigerdəki neft obyektlərini qorumaqdır.

“Reuters”in məlumatına görə, bu addım Əlcəzairlə Niger arasında münasibətlərin yaxşılaşdığını göstərir. Nigerdə 2023-cü ildə baş verən hərbi çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr ölkəni idarə etməkdə davam edir. Əlcəzair həmin çevrilişi dəstəkləməyib. 2025-ci ildə isə Niger Əlcəzairdən səfirini geri çağırıb.

Əlcəzairin xaricə sonuncu dəfə hərbi qüvvə göndərməsi 1973-cü ildə baş verib. Həmin vaxt ölkə İsraillə müharibədə Misirə dəstək verib.

Aydın