Xəbər lenti

Çinin "mis kralı" adlandırılan iş adamı ömürlük həbsə məhkum edildi
Dünya18:16 26.10.2026

Çinin "mis kralı" adlandırılan iş adamı ömürlük həbsə məhkum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin ən böyük mis ticarəti şirkətlərindən biri olan "Maike Metals"in qurucusu, "mis kralı" kimi tanınan He Cinbi dələduzluq və rüşvətxorluq ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib. İş üzrə məhkəmə qərarına əsasən, şirkətin fəaliyyəti bir neçə Çin bankı üçün 1 milyard dollardan çox potensial maliyyə itkisi riski yaradıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

61 yaşlı He Cinbi 1993-cü ildə "Maike" şirkətini yaradıb. Əvvəlcə elektromexaniki məhsulların ticarəti ilə məşğul olan şirkət sonradan fəaliyyətini metal bazarına yönəldib. Fəaliyyətinin ən uğurlu dövründə "Maike" Çinin ümumi mis idxalının təxminən dörddə birini təmin edib.

Sian şəhərində keçirilən məhkəmədə şirkət müqavilələrlə bağlı dələduzluq, rüşvətxorluq və digər cinayətlərdə təqsirli bilinib. He Cinbi isə hökmə etiraz edərək apellyasiya şikayəti verib. Qərarın tam mətni hələ açıqlanmayıb.

İş üzrə müdafiə tərəfi ittihamları qəbul etməyib. Vəkillər bildiriblər ki, şirkət on ildən artıq müddətdə banklarla əməkdaşlıq edib və kredit ödənişlərini müntəzəm həyata keçirib. Onların fikrincə, maliyyə çətinlikləri COVID-19 pandemiyası dövründə tətbiq edilən məhdudiyyətlərdən sonra yaranıb. Müdafiə tərəfi bankların üzləşdiyi itkilərin bir hissəsinin onların öz risklərinin idarə olunması sistemindəki çatışmazlıqlarla bağlı olduğunu da iddia edib.

"Maike Metals"in problemləri 2022-ci ildə dərinləşib. Pandemiya məhdudiyyətləri, Çində daşınmaz əmlak bazarındakı durğunluq və mis qiymətlərinin aşağı düşməsi şirkətin likvidlik çətinlikləri ilə üzləşməsinə səbəb olub.

2023-cü ildə şirkət rəhbərliyi He Cinbinin polis tərəfindən saxlanıldığı ehtimalını açıqlayıb və onunla əlaqə saxlamağın mümkün olmadığını bildirib. Daha sonra "Maike" iflas proseduruna müraciət edib və borclarının restrukturizasiyası prosesinə başlayıb.

Aydın