Xəbər lenti

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur
Ölkə11:35 27.10.2026

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.

APA-nın əldə etdiyi xəbərə görə, Ucar Rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.