Xəbər lenti

Problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 43 %-ə yaxın artıb
Ekonomiks11:04 27.10.2026

Problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 43 %-ə yaxın artıb

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib.

Qaynarinfo Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8 %, son 1 ildə isə 42,8 % artıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət avqustun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il sentyabrın sonuna isə 1,7 % olub.