
Hollivud ulduzu Huq Cakmanla aktrisa Sutton Fosterin evlilik planları hələlik reallaşmır. Buna səbəb Fosterin ikinci həyat yoldaşı Ted Qriffinlə boşanma prosesinin uzanmasıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.
57 yaşlı Huq Cakmanla 51 yaşlı Sutton Fosterin münasibəti hər iki aktyorun şəxsi həyatında ciddi dəyişikliklərə səbəb olub. Cakman 27 illik həyat yoldaşı Deborra-Lee Furnessdən ayrıldıqdan sonra Fosterlə münasibətini davam etdirib. Cütlüyün yaxınlaşmasının onların birlikdə rol aldıqları “The Music Man” musiqili tamaşası zamanı başladığı bildirilir.
Cakman və Furness 1996-cı ildə ailə qurublar. Onların iki övladı var. Cütlüyün boşanması ötən il rəsmiləşib. Foster isə 2014-cü ildə prodüser və ssenarist Ted Qriffinlə evlənib və hazırda ondan boşanmağa çalışır.
Nəşrin məlumatına görə, Cakman və Foster münasibətlərini rəsmiləşdirmək, yaxın dostlarının iştirakı ilə sadə mərasim keçirmək istəyirlər. Lakin boşanma prosesinin gözləniləndən uzun çəkməsi onların toy planlarını qeyri-müəyyən müddətə təxirə salıb.
Mənbələrin iddiasına görə, Cakman sevgilisi ilə unudulmaz, lakin təmtəraqsız toy mərasimi keçirməyi arzulayır. Bununla belə, Fosterin əvvəlki nikahının hüquqi baxımdan başa çatmaması cütlüyün evlənməsinə mane olur.
Aydın