Xəbər lenti

İlin moda nümayişində böyük sürpriz: 50 milyon dollarlıq zinət əşyasını geyindi (FOTO)
Maqazin18:31 19.10.2026

İlin moda nümayişində böyük sürpriz: 50 milyon dollarlıq zinət əşyasını geyindi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən çox maraqla gözlənilən moda tədbirlərindən biri olan “Victoria’s Secret”in 2026-cı il dəfiləsində gözlənilməz hadisə yaşanıb. Məşhur model və iş qadını Kayli Cenner ilk dəfə brendin podiumuna çıxaraq gecənin diqqət mərkəzinə çevrilib.

Qaynarinfo xəbər verir ki, Cenner dəfilədə 2018-ci ildən bəri təqdim edilən ilk “Fantasy Bra” adlı xüsusi büstqalteri nümayiş etdirib. “Vogue” nəşrinin məlumatına görə, qiyməti 50 milyon dollar olaraq dəyərləndirilən bu zinət əşyası indiyədək hazırlanmış ən bahalı “Fantasy Bra” hesab olunur.

“Jacob & Co.” zərgərlik şirkətinin yaradıcısı Ceykob Arabonun sözlərinə görə, dizaynın mərkəzində yerləşən sarı almazın təkcə dəyəri 22 milyon dollardır. Ümumilikdə, müxtəlif formalarda kəsilmiş 4 400-dən çox almazla bəzədilən büstqalter dəfilənin ən diqqətçəkən elementlərindən biri olub.

Kayli Cenneri podiumdan sevgilisi, aktyor Timoti Şalame də izləyib. O, tədbirə Cennerin anası Kris Cenner və onun uzun müddətdir birlikdə olduğu Kori Qembllə qatılıb.

Qeyd edək ki, indiyədək “Fantasy Bra” kolleksiyasının məşhur nümunələrini Jizel Bündhen, Heydi Klum və Adriana Lima kimi modellər nümayiş etdiriblər. 2000-ci ildə 15 milyon dollar dəyərində “Red Hot Fantasy Bra” geyinən Bündhen bu sahədə əvvəlki rekordun sahibi idi. Kayli Cennerin builki çıxışı isə həm qiymətinə, həm də onun ilk dəfə brendin podiumunda görünməsinə görə böyük maraq doğurub.

Aydın