
Ukraynanın əlavə 70 milyard avro maliyyə ayrılması ilə bağlı müraciəti Avropanı şoka salıb. Avropa İttifaqına üzv ölkələr bu vəsaiti haradan tapacaqlarını bilmirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.
Nəşrin yazdığına görə, Kiyevin müraciəti Avropa ölkələrini çətin vəziyyətə salıb. Macarıstan, Çexiya və Slovakiya isə bu kreditin maliyyələşdirilməsində iştirak etməyəcəklərini dərhal bəyan ediblər.
“Biz bu vəsaiti haradan tapacağımızı bilmirik”, deyə Avropa Şurasının yüksək vəzifəli rəsmisi bildirib.
KİV vurğulayıb ki, Ukraynaya kredit ayrılması məsələsi yaxın vaxtlarda seçkilərin keçiriləcəyi ölkələr üçün xüsusilə mürəkkəbdir. Söhbət İspaniya, Fransa, İtaliya, Yunanıstan və Polşadan gedir. Hazırda həmin ölkələrin hakimiyyətləri Ukraynanın maliyyələşdirilməsinin zəruriliyini seçicilərə izah etməkdə getdikcə daha çox çətinlik çəkirlər.
Oktyabrın 16-da Ukrayna prezidenti Volodimir Zelenski Avropadan əlavə 70 milyard avro maliyyə ayrılmasını istəyib.
Avropa Şurasının sədri Antonio Koşta oktyabrın 17-də bildirib ki, Avropa İttifaqı liderləri Avropa Komissiyasına Ukraynaya kredit verilməsi ilə bağlı təklif hazırlamaq üçün müraciət ediblər. Fransa prezidenti Emmanuel Makron da Ukraynanın müttəfiqlərinin Kiyevin müraciətini təhlil edəcəklərini qeyd edib.
Aydın
