
“Bank VTB (Azərbaycan)” ASC-nin 2026-cı ilin üçüncü rübünün sonuna müştərilərə verdiyi kreditlərin həcmi 304 milyon 43,49 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62 milyon 7,49 min manat və ya 25,62% çoxdur.
Bankın 2025-ci ilin üçüncü rübünün sonunda müştərilərə verilmiş kreditlərin həcmi 242 milyon 36 min manat olub.
Hesabat dövründə bankın istehlak kreditləri 57 milyon 393,39 min manat və ya 53,88% artaraq 163 milyon 918,39 min manata çatıb. Ötən ilin eyni dövründə bu göstərici 106 milyon 525 min manat təşkil edib.
Bununla yanaşı, bankın biznes kreditlərində azalma qeydə alınıb.
Belə ki, 2025-ci ilin üçüncü rübünün sonunda 70 milyon 805 min manat olan biznes kreditləri 2026-cı ilin eyni dövründə 68 milyon 707,36 min manata enib. Nəticədə biznes kreditləri 2 milyon 97,64 min manat və ya 2,96% azalıb.
Daşınmaz əmlak kreditlərinin həcmi isə illik müqayisədə 6 milyon 711,74 min manat və ya 10,37% artıb.
Belə ki, ötən ilin müvafiq dövründə 64 milyon 706 min manat təşkil edən bu göstərici 71 milyon 417,74 min manata yüksəlib.
Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də artıb.
2025-ci ilin üçüncü rübünün sonunda 20 milyon 152 min manat olan bu göstərici 2026-cı ilin eyni dövründə 25 milyon 413,74 min manata çatıb. Beləliklə, illik artım 5 milyon 261,74 min manat və ya 26,11% təşkil edib.
Digər tərəfdən, banklar və digər maliyyə institutlarına verilən kreditlərin həcmində azalma müşahidə olunub.
Belə ki, 2025-ci ilin üçüncü rübünün sonunda 14 milyon 553 min manat olan bu göstərici 2026-cı ilin müvafiq dövründə 13 milyon 169,65 min manata düşüb. Nəticədə 1 milyon 383,35 min manat və ya 9,51% azalma qeydə alınıb.