Xəbər lenti

İğtişaşlar Fransanın ən böyük şirkətlərinin səhmlərini ucuzlaşdırır
Dünya16:57 19.10.2026

İğtişaşlar Fransanın ən böyük şirkətlərinin səhmlərini ucuzlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın fond bazarı oktyabrın 19-da ölkə şəhərlərində davam edən iğtişaşlar fonunda geriləyib.

Qaynarinfo xəbər verir ki, bunu ticarət məlumatları göstərir.

“Euronext Paris” birjasında ticarət olunan 40 ən iri şirkətin səhmlərinin dəyərini əks etdirən CAC 40 indeksi material dərc edilənədək 1,46% azalaraq 7 840,46 bəndə düşüb.

“Bloomberg” agentliyinin yazdığına görə, avro da ucuzlaşıb. Fransanın dövlət istiqrazları isə göstəricilərinə görə Avropanın əksər digər ölkələrinin istiqrazlarından daha zəif nəticə nümayiş etdirib.

Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin keçirdiyi nümayişlərlə başlayıb və tədricən bütün ölkəyə yayılıb. Oktyabrın 17-də Fransanın küçələrinə yarım milyondan çox insan çıxıb. Onların arasında fəallar, gənclər, həmkarlar ittifaqlarının və fəhlə hərəkatlarının nümayəndələri olub. Etirazçılar yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxıblar. Daha sonra etiraz aksiyaları İtaliyaya da yayılıb.

Aydın