Xəbər lenti

Türkiyədə konsert faciəsi - Ölənlər var
Dünya22:30 18.10.2026

Türkiyədə konsert faciəsi - Ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulda keçirilən konsert zamanı faciə yaşanıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, "Unreal x Jeton"un İstanbul Konqres Mərkəzində ötən gün baş tutan konsertində üç nəfərin halı pisləşib.

Belə ki, gecə saat 03:15 radələrində konsertə qatılan 29 yaşlı Furkan Aksu, 33 yaşlı T.M. və 24 yaşlı Mahmud Sami Ramazanoğlunun halı pisləşib.

Həkimlərin səylərinə baxmayaraq, Furkan Aksu ilə Mahmud Sami Ramazanoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Üçüncü şəxsin də həyatı hələ də təhlükə altındadır.

İlkin ehtimallara görə, hadisəyə səbəb alkoqol və narkotik vasitələr ola bilər.

Qeyd edək ki, konsertdə təxminən 5 min nəfərin iştirak etdiyi müəyyən edilib. Saat 21:00-dan 04:00-dək davam edən tədbirə yalnız 18 yaşdan yuxarı şəxslər buraxılıb və ərazidə alkoqollu içkilərin təqdim edildiyi bildirilib. Hadisədən sonra konsert məkanı boşaldılıb, faktla bağlı araşdırma başlanılıb.