Xəbər lenti

"Zirə" "Kəpəz"lə heç-heçə etdi
İdman20:30 18.10.2026

"Zirə" "Kəpəz"lə heç-heçə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının VIII turunun bağlanış oyununda "Kəpəz" "Zirə" ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı ev sahiblərindən 57-ci dəqiqədə Blessinq Olabiran açıb. Qonaqlar məğlubiyyətdən yalnız final fitinə 1 dəqiqə qalmış xilas ola biliblər - 89-cu dəqiqədə David Volkov başla dəqiq oynayıb.

"Zirə" 12 xalla altıncı sıradadır. "Kəpəz" isə 11 xalla yeddinci pillədə qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0), "İmişli" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.