Xəbər lenti

Xəbərdarlıq: Çaylardan sel keçəcək, dolu düşəcək
Ölkə15:23 18.10.2026

Xəbərdarlıq: Çaylardan sel keçəcək, dolu düşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Xidmətdən Qaynarinfo-ya bildirilib ki, oktyabrın 20-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.