Xəbər lenti

Elbəy Ağayev növbəti master-klassını Türkiyədə keçdi (VİDEO)
DƏB12:01 18.10.2026

Elbəy Ağayev növbəti master-klassını Türkiyədə keçdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada tanınan beynəlxalq dərəcəli azərbaycanlı stilist-kolorist Elbəy Ağayev qlobal master-klasslarına davam edir.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Elbəy Ağayev Qazaxıstandan sonra bu dəfə Türkiyədə beynəlxalq master-klass keçirərək növbəti uğura imza atıb.

Bildiyimiz kimi, Türkiyə saç sənəti və gözəllik industriyası sahəsində dünyanın ən hegemon və söz sahibi olan ölkələrindən biri hesab olunur. Məhz belə bir ölkədə azərbaycanlı mütəxəssisin öz bilik və texnikalarını nümayiş etdirməsi, beynəlxalq səhnədə böyük maraqla qarşılanması ölkəmiz adına qürurverici hadisədir.

Qeyd edək ki, Elbəy Ağayev öz master-klaslarında ən son saç boyama, piqmentasiya, və açma texnologiyalarını birbaşa səhnədə təqdim edərək, öyrədir.