Xəbər lenti

9 ayda restoran və kafelərdə 2,3 milyardlıq dövriyyə
Ekonomiks12:19 18.10.2026

9 ayda restoran və kafelərdə 2,3 milyardlıq dövriyyə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 309,8 milyon manat təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ictimai iaşə dövriyyəsi real ifadədə 8 faiz artıb.

2026-cı ilin ilk 9 ayının göstəricilərinə nəzər saldıqda məlum olur ki, kafe və restoranlarda ən çox pul avqust ayında xərclənib. Belə ki, bu ayda ictimai iaşə dövriyyəsi 312,2 milyon manat olub.

İyul ayında bu göstərici 308,8 milyon manat, iyun ayında 290,2 milyon manat, sentyabr ayında isə 278,8 milyon manat təşkil edib.

Digər aylarda ictimai iaşə dövriyyəsi belə olub:

Yanvar – 219,2 milyon manat

Fevral – 191,4 milyon manat

Mart – 219,5 milyon manat

Aprel – 234,8 milyon manat

May – 254,9 milyon manat

2026-cı ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin 2 milyard 298,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu, ümumi dövriyyənin təxminən 99,5 faizini təşkil edib.

Dövlət sektorunda ictimai iaşə dövriyyəsi isə 11,5 milyon manat olub.

Özəl sektorda fəaliyyət göstərən fiziki şəxslərin dövriyyəsi 1 milyard 149,1 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artıb.