Xəbər lenti

Qurban Qurbanov "Neftçi" ilə heç-heçəni belə şərh etdi
İdman22:35 17.10.2026

Qurban Qurbanov "Neftçi" ilə heç-heçəni belə şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının 8-ci turunun mərkəzi görüşündə "Qarabağ" "Neftçi" ilə qarşılaşıb (3:3).

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Hər iki komandanın azarkeşlərinə və futbolçularına təşəkkür edirəm. Yaxşı mübarizə, yaxşı atmosfer var idi oyunda. Düşünürəm ki, hər iki komandanın futbolçuları məğlubiyyəti haqq etmirdi. Düşünürəm ki, çempionatın ən maraqlı oyunlarından biri idi."

- Sizcə, "Qarabağ" adaptasiya prosesini bitirməyib deyə qalib gələ bilmədi, yoxsa "Neftçi" çox güclənib?

"Neftçi"də gözlə görünəcək qədər fərq var. Gücləniblər. Futbolçularımız da yaxşı mübarizə apardılar. Yaxşı sonluq oldu. Özümüzdə də çatışmazlıqlar var. Bəzi futbolçular tam adaptasiya ola bilməyiblər. Amma mənə lazım olan onların xarakteri idi. Xarakter göstərməyi bacardılar. Daha yaxşı olmağa gücümüz var.

- "Qarabağ"ın əsas gücü "Sabah"la oyunda məlum olacaq fikri ilə nə dərəcədə razısınız?

"Xeyr, razı deyiləm. Bu futboldur. Ola bilər ki, məğlub olduq, amma bu, biz zəif komandayıq demək deyil. Qarşıda uzun bir marafon var. Çempionatda xeyli güclü komandalar var. May ayının sonuna kimi bizi gərgin, maraqlı oyunlar gözləyir."

- Sizcə, "Neftçi" "Sabah" və "Qarabağ"la bir yerdə çempionluq uğrunda mübarizə apara biləcək?

"Əlbəttə. Meydanda öz oyunlarını göstərirlər, gücləniblər, özlərinə inam yaranıb. Çempionluğa doğru irəliləyirlər."

- Sizcə, komandalar Qurban Qurbanovun oyun taktikasını çözüblər, yoxsa digər komandalar güclənib?

"İstərdik ki, daha yaxşı olaq, titulları qazanaq. Lakin "Sabah", "Neftçi" kimi rəqiblərimiz var. Hər klubda böyük inam var. Bir azərbaycanlı kimi bu məni sevindirir."

- Sizcə, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində neçə xal qazanacaq?

"İnanmaq lazımdır. "Borussiya" (Borussia Dortmund) ilə oyunda onlara uğurlar arzulayıram, inanıram ki, "Sabah" bu matçda məğlub olmayacaq."