Xəbər lenti

Mourinyo: Viniçiusun yerində olsaydım, "Real"dan gedərdim
İdman17:15 17.10.2026

Mourinyo: Viniçiusun yerində olsaydım, "Real"dan gedərdim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo hücumçu Vinisius Juniorun yerində olsaydı, başqa ölkəyə transfer olunaraq özünə hörmətlə yanaşılmasına nail olmağa çalışacağını bildirib.

Qaynarinfo xəbər verir ki, onun sözlərini “Sport.es” nəşri yayıb.

“Vinisius inanılmaz insandır və onunla yaxşı münasibət qurmaq asandır. Hər gün onunla təkbətək bir neçə dəqiqə söhbət edirəm. Ona böyük dəyər verirəm, çünki o, hər zaman vəziyyətdən çıxış yolu tapmağı, üzündə təbəssümlə çətinliklərin öhdəsindən gəlməyi bacarır. Mən onun yerində olsaydım, yəqin ki, artıq burada olmazdım. Mənə hörmətlə yanaşılacaq bir ölkəyə transfer olunmağa çalışardım”, deyə Mourinyo bildirib.

Vinisius İspaniya çempionatının səkkizinci turunda “Vilyarreal”la keçirilən və “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda meydandan qovulduqdan sonra dörd oyunluq diskvalifikasiyaya məruz qalıb. Həmin matçda braziliyalı futbolçu rəqib komandanın oyunçusu Natan-Dilan Salibanı saçından tutub.

26 yaşlı Viniçius 2018-ci ildən “Real”da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 140 milyon avro qiymətləndirir.

O, Madrid klubunun heyətində ümumilikdə 385 oyuna çıxıb, 129 qol vurub və 100 məhsuldar ötürmə edib.

Aydın