Xəbər lenti

Super Liqa: "Qalatasaray" səfərdə qələbə qazandı
İdman19:07 17.10.2026

Super Liqa: "Qalatasaray" səfərdə qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Super Liqasında VIII turun oyunları davam edir.

Qaynarinfo xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb.

Gərgin keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.

Günün digər matçında “Amed” doğma meydanda “Konyaspor”u qəbul edib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Qalatasaray” 19 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan “Amed” ikinci, 15 xalı olan “Beşiktaş” isə üçüncü pillədə qərarlaşıb.