
Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Valeh Ələsgərov 19 oktyabr 1946-cı ildə Samux rayonunda anadan olub. Oktyabrın 19-da onun 80 yaşı tamam olur. Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri, eləcə də Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.