Xəbər lenti

Bir neçə Avropa ölkəsi hərbi xərcləri azaltmaq istəyir
Dünya16:16 17.10.2026

Bir neçə Avropa ölkəsi hərbi xərcləri azaltmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polşanın baş naziri Donald Tusk Avropa Şurasının iclasının yekunlarına dair açıqlamasında bəzi Avropa ölkələrinin hərbi xərcləri azaltmaq istədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bilirəm ki, bəzi dövlətlər qənaət etmək və büdcələri, o cümlədən ümumilikdə bütün Avropa büdcəsini azaltmaq istəyirlər. Mən onlara izah etməyə çalışıram ki, hazırda Avropanın xərclərinə və təhlükəsizliyinə qənaət etmək üçün ən pis vaxtdır”, deyə Polşanın baş naziri bildirib.

Oktyabrın 10-da “Politico” qəzeti İrlandiyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində 2028–2034-cü illər üçün nəzərdə tutulan yeni büdcənin Avropa Komissiyasının ilkin təklifinə nisbətən 159 milyard avro azaldılmasını təklif etdiyini yazıb.

Yeni layihə bəzi proqramların maliyyələşdirilməsinin azaldılmasını nəzərdə tutur. Bununla belə, Ukraynaya ayrılan vəsaitin əvvəlki səviyyədə — qarşıdakı yeddi il ərzində təxminən 100 milyard avro həcmində saxlanılması planlaşdırılır.

Sentyabrın 30-da İrlandiyanın Avropa İttifaqının çoxillik büdcəsinin 100 milyard avrodan çox azaldılmasını nəzərdə tutan sənəd təklif etmək niyyətində olduğu məlum olub.

Aydın