Xəbər lenti

Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı
Ölkə16:55 17.10.2026

Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son üç ildə Azərbaycanda reseptsiz dərman satışı ilə əlaqədar qanunsuzluqlar aşkar edilmiş apteklərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2024, 2025-ci illər üzrə, həmçinin 15.10.2026-cı il tarixinədək olan dövr ərzində aptek təşkilatlarında aparılmış nəzarət tədbirləri çərçivəsində resept əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması ilə əlaqədar 93 aptek təşkilatı üzrə inzibati xəta haqqında protokol tərtib edilib.

"Bu göstərici nəzarət mexanizminin fəaliyyət göstərdiyini və qanunpozmalara qarşı məsul yanaşmanın mövcud olduğunu göstərir.

Eyni zamanda, aşkarlanmış pozuntuların qarşısının alınması məqsədilə aptek təşkilatlarına qanunvericilik tələblərinin yerinə yetirilməsi ilə bağlı davamlı izahat və nəzarət işləri aparılır", - məlumatda qeyd edilib.