Xəbər lenti

Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəldi
İdman18:00 17.10.2026

Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Qəbələ" ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda qonaqlar 4:0 hesablı qələbəyə seviniblər.

Qolları Abdulla Xaybulayev (45+2), Aleksey İsayev (74, 90+3) və Coy Lens Mikels (88) vurublar.

Hazırda "Sabah" 19 xalla turnir cədvəlinə başçılıq edir. 4 xala malik "Qəbələ" isə onuncudur.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.