Xəbər lenti

Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
İdman23:40 16.10.2026

Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Atletimiz Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.

Qaynarinfo xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin də zaldan izlədiyi yarışda atletimiz 3 bürünc medal qazanıb.

75 kq çəki dərəcəsində yarışan Qasım, birdən qaldırma hərəkətində 139 kq çəkinin öhdəsindən gələrək üçüncü olub.

Təmsilçimiz təkanla qaldırma növündə də bürünc medala yiyələnib. O, bu dəfə 175 kq nəticə göstərib.

Beləliklə 2 hərəkətin cəmində 314 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin bürünc medalına yiyələnib.