Xəbər lenti

Dünyanın ən uzun körpüsünün uzunluğu 165 km-dir (FOTO)
Dünya23:33 17.10.2026

Dünyanın ən uzun körpüsünün uzunluğu 165 km-dir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən uzun körpüsü Ginnesin Rekordları Kitabına daxil edilib və Çində yerləşir. Körpünün ümumi uzunluğu 165 kilometrə çatır.

Qayanrinfo xəbər verir ki, bu barədə moto.pl nəşri yazıb.

Rəsmi adı Danyan-Kunşan viaduku olan bu körpü birləşdirdiyi şəhərlərin adını daşıyır. O, göllərin, kanalların və əkin sahələrinin üzərindən keçir. Körpüdə avtomobillər hərəkət etməsə də, sərnişinlər yüksək sürətli qatarlarla daşınır.

Viaduk Pekin–Şanxay dəmir yolu xəttinin bir hissəsidir və Yantszı çayının deltasından keçir.

Marşrutun böyük hissəsi çoxsaylı dayaqlar üzərində qurulmuş viaduku xatırladır. Bu dayaqlar dəmir yolu relslərinin ətraf ərazinin üzərindən keçməsinə imkan verir. Belə konstruksiya qatarlara maneələri dolanmağa ehtiyac qalmadan geniş əraziləri qət etmək imkanı yaradır.

Məlumatlara görə, körpünün tikintisindən sonra yolun uzunluğu əvvəlki ilə müqayisədə iki dəfədən çox azalıb.

“Thomasnet”in məlumatına əsasən, körpünün tikintisi 2006–2010-cu illərdə, yəni dörd il ərzində aparılıb və layihəyə təxminən 8,5 milyard dollar xərclənib.

Tikinti işlərinə 10 mindən çox insan cəlb olunub. İşlər mürəkkəb qrunt şəraitində həyata keçirilib. Xüsusilə bataqlıq ərazilərdə dayaqlar quraşdırılmazdan əvvəl möhkəm bünövrələrin hazırlanması ciddi çətinlik yaradıb.

Dünyanın ən hündür körpüsü

Qeyd edək ki, dünyanın ən hündür körpüsü də Çində yerləşir. Söhbət dağlıq Quycou əyalətində, Böyük kanyon üzərindən keçən Huaçzyan körpüsündən gedir.

Körpü çaydan 625 metr yüksəklikdə yerləşir. Qurğunun ümumi uzunluğu 2 890 metr, əsas aşırımının uzunluğu isə 1 420 metrdir.

2025-ci ildə istifadəyə verilən körpü açıldıqdan dərhal sonra məşhur turizm məkanına çevrilib.

Aydın