Xəbər lenti

Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik
Siyasət16:08 18.10.2026

Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ölkəm və xalqım adından səmimi-qəlbdən təbriklərimi çatdırıram."

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə bağlı "X" platformasındakı paylaşımında bildirilir.

Paylaşımda daha sonra deyilir:

"Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı türk qardaşlarıma salamlarımı göndərirəm".