Xəbər lenti

Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? (VİDEO)
Ölkə23:06 18.10.2026

Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

100 manatlıq menyu ilə 100 nəfərlik məclisin xərci yekunda 10 min manatla bitməyə bilər. Bu məbləğ yalnız menyunun hesabıdır. Musiqi, dekorasiya və çəkiliş ayrıca ödənişlidirsə, həmin xidmətlər sifariş olunduqda ümumi xərc də artır.

Toy, nişan, ad günü və banket üçün təklif olunan xidmətlər məkanlara görə fərqlənir.

Qaynarinfo xəbər verir ki, restoran meneceri Anar Əhmədov təmsil etdiyi məkanda menyu ilə digər xidmətlərin ayrıca qiymətləndirildiyini deyir.

Əlavə xidmətin dəyəri isə seçilən proqrama görə dəyişə bilər. Restoranın direktor assistenti Murad Əliyev bildirir ki, xidmətlərin büdcəsi müştərinin istəkləri əsasında müəyyən edilir

Beləliklə, adambaşına qiymət məkanları müqayisə etmək üçün tək göstərici deyil. Marketinq üzrə mütəxəssis Sabit Məmmədovun fikrincə, ilkin qiymət müştərinin seçimində əsas rol oynaya bilər. Buna görə də razılaşma zamanı nəzərdə tutulan bütün xidmətlərin dəyəri hesablanmalıdır.

Mütəxəssis məkanın aylar əvvəldən bron edilərkən menyunun tərkibini və ödəniş şərtlərini də yazılı şəkildə razılaşdırmağı tövsiyə edir. Bu, məclis sahibinə büdcəsini əvvəlcədən planlaşdırmağa, restorana isə sifarişi aydın şərtlərlə qəbul etməyə imkan verir.

Qaynarinfo mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.