Xəbər lenti

Reper Nəvai Qazaxıstandan deportasiya edildi (YENİLƏNİB)
Maqazin12:50 20.10.2026

Reper Nəvai Qazaxıstandan deportasiya edildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyalı reper Nəvai Bakirov Qazaxıstandan deportasiya edilib. Onun barəsində başlanmış cinayət işi isə bəraətverici olmayan əsaslarla dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Kseniya Sobçakın “Krovavaya barynya” adlı “Telegram” kanalında məlumat yayılıb.

Jambıl vilayətinin Polis Departamentindən “Ostorojno Media”ya bildirilib ki, işin dayandırılması ifaçının hüquq pozuntusunu ilk dəfə törətməsi və əməlindən səmimi peşmanlıq duyması nəzərə alınmaqla, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. Qurumun məlumatına görə, qəbul edilən prosessual qərar nəzarət orqanı tərəfindən təsdiqlənib və əcnəbi ölkə ərazisindən çıxarılıb.

Xatırladaq ki, oktyabrın 14-də Nəvai Qazaxıstana daxil olarkən olduğu avtomobildə hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələr aşkar ediblər. Bundan sonra reper müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və barəsində iki aylıq həbs qərarı verilib.

12.21

Qazaxıstanda saxlanılan Azərbaycan əsilli rusiyalı reper Nəvai (Navai Bakirov) istintaq təcridxanasından azad edilib. Bununla belə, onun barəsində açılmış cinayət işinə xitam verilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, oktyabrın 19-da musiqiçi müvəqqəti saxlama təcridxanasına köçürülüb və daha sonra sərbəst buraxılıb. Hazırda onun Rusiyaya uçduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstana giriş zamanı reperin olduğu avtomobildə narkotik maddələr aşkarlanıb. Bundan sonra o, saxlanılıb və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

“Mash”ın məlumatına əsasən, reperin azadlığa buraxılması ilə bağlı qərar təcridxana əməkdaşlarına sonradan çatdırılıb. Kanal həmçinin onun ölkədən çıxışına qadağa qoyulmadığını qeyd edib.

Daha əvvəl “Baza” nəşri Nəvainin müvəqqəti saxlama yerində digər məhbusları müdafiə etdiyi və onların vəkillə təmin olunması üçün müraciətlər etdiyi barədə məlumat yaymışdı. Lakin reperin vəkili Rena Kerimova bu iddianı təkzib edib.

Vəkil Nəvainin günahsız olduğunu düşündüyünü və onun yaxın zamanda azadlığa çıxmaq şanslarını yüksək qiymətləndirdiyini bildirib. O, musiqiçinin təqsirini etiraf edib-etməməsi ilə bağlı suala cavab verməyib və işin normal qaydada davam etdiyini qeyd edib.

Aydın