Xəbər lenti

Türkiyədə xəyanətə uğrayan ər şikayət etdi: "Yumurta dəstəsi" ifşa edildi
Dünya10:57 20.10.2026

Türkiyədə xəyanətə uğrayan ər şikayət etdi: "Yumurta dəstəsi" ifşa edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), Albaniya və Gürcüstan arasında qadınların reproduktiv yumurta hüceyrələrinin qanunsuz alqı-satqısını təşkil edən şəbəkəyə qarşı əməliyyat keçirilib. 14 vilayətdə aparılan əməliyyatlar nəticəsində aralarında donor qadınların da olduğu 41 şübhəli saxlanılıb. Ümumilikdə 53 nəfər barəsində saxlanılma qərarı verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstintaq materiallarına əsasən, Hacer T. adlı qadının rəhbərlik etdiyi iddia edilən şəbəkə donor olmaq istəyən qadınları müəyyənləşdirərək onların yumurta hüceyrələrinin götürülməsi üçün xaricə göndərilməsini təşkil edib. Şəbəkənin donor qadınların saç və göz rəngi, eləcə də digər fiziki xüsusiyyətləri barədə məlumatları foto və videolarla birlikdə xüsusi kataloqlarda hazırlayaraq müştərilərə təqdim etdiyi bildirilir. İddialara görə, qadının həyat yoldaşı onun xəyanət etdiyini öyrəndikdən sonra məsələ ilə bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) şikayət edib və bununla da istintaqa başlanılıb.

Araşdırma zamanı 41 donor qadının ümumilikdə 811 dəfə yumurta hüceyrəsi satdığı, hər bir hüceyrənin isə 60-80 avro qarşılığında alınıb-satıldığı iddia olunur. Şübhəlilərin donor qadınları Türkiyədə müayinədən keçirərək hormonal müalicəyə cəlb etdikləri, daha sonra onların ŞKTC, Albaniya və Gürcüstandakı klinikalara göndərilməsini təşkil etdikləri bildirilir.

İş üzrə saxlanılanlar arasında təşkilatın rəhbər və üzvləri, donor qadınlar, iki ginekoloq və dörd səyahət təşkilatçısı da var. Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı hormonal müalicədə istifadə edilən çoxsaylı dərman preparatları aşkarlanıb. Bir nəfərin həbsdə olduğu, yeddi şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, insan bədənindən qanunsuz qazanc əldə edən cinayətkar qruplara qarşı mübarizə davam etdiriləcək. Qanunsuz reproduktiv hüceyrə ticarətində iştirak etməkdə şübhəli bilinən şəxslər barəsində mütəşəkkil cinayətkarlıq, orqan və toxuma ticarəti, eləcə də müvafiq qanunvericiliyin pozulması maddələri üzrə araşdırma aparılır.

Türkiyə qanunvericiliyinə əsasən, başqasına məxsus reproduktiv hüceyrələrin və embrionların alqı-satqısı, bağışlanması və bu proseslərə vasitəçilik edilməsi qadağandır. Qanunu pozan şəxsləri üç ildən beş ilədək həbs və əlavə olaraq məhkəmə tərəfindən müəyyən edilən pul cəzası gözləyə bilər.

Aydın