Xəbər lenti

Azərbaycan Polşanın strateji tərəfdaşı oldu
Siyasət23:17 19.10.2026

Azərbaycan Polşanın strateji tərəfdaşı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan rəsmi olaraq Polşanın strateji tərəfdaşları siyahısına daxil edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Varşavanın əsas xarici dövlətlərlə münasibətlərini araşdıran “Defence24” nəşrinin sorğusuna Polşa Xarici İşlər Nazirliyinin verdiyi cavabda bildirilib.

Azərbaycanla yanaşı, siyahıya ABŞ, Kanada, Ukrayna, Türkiyə, Fransa, Böyük Britaniya, İsveç, Rumıniya, Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Nigeriya və Seneqal daxil edilib.

Polşanın xarici siyasət qurumundan bildirilib ki, strateji tərəfdaş statusu konkret ölkə ilə əməkdaşlığın həm ikitərəfli münasibətlər, həm də beynəlxalq arenada fəaliyyətin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətini əks etdirir. Bu əməkdaşlıq, ilk növbədə, təhlükəsizlik və beynəlxalq sabitliyin qorunması sahələrini əhatə edir.