Xəbər lenti

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
İdman09:12 20.10.2026

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin III turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.

Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.

Xatırladaq ki, "Sabah" hazırda Liqa mərhələsində 3 xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.

Çempionlar Liqası
Liqa mərhələsi
III tur
20 oktyabr
20.45 Sabah (Azərbaycan) - Borussiya (Dortmund, Almaniya)
Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (İspaniya).
VAR: Sezar Soto Qrado (İspaniya).
AVAR: Valentin Qomez (İspaniya).
Bakı Olimpiya Stadionu.