Xəbər lenti

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi (FOTO)
Ölkə11:25 20.10.2026

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

20 oktyabr – Energetiklər Günü münasibətilə Energetika Nazirliyinin, “AzərEnerji” ASC-nin və “Azərişıq” ASC-nin rəhbərliyi və kollektivlərinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.

Qaynarinfo xəbər verir ki, energetiklər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər düzülüb.

Ziyarət Şəhidlər xiyabanında davam edib. Energetiklər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. 1981-ci ilin bu günündə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib. Bu hadisə ölkənin energetika tarixində mühüm mərhələnin başlanğıcı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 nömrəli Sərəncamı ilə 20 oktyabr tarixi Energetiklər Günü təsis edilib.