Xəbər lenti

Mədəniyyət Nazirliyi idarə rəisi Şamaxıdakı evində ölü tapıldı
Ölkə11:44 20.10.2026

Mədəniyyət Nazirliyi idarə rəisi Şamaxıdakı evində ölü tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.

Qaynarinfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb.

Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. O, daha əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.