Xəbər lenti

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəldi (FOTO)
İdman11:53 20.10.2026

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəldi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır.

Oktyabrın 19-da festivalda iştirak edəcək Nikaraqua milli komandası Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bununla da turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.

Oktyabrın 22-dən 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək turnirin yüksək standartlara uyğun təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.