Xəbər lenti

"Sabah"ın U-19 komandası Gənclər Liqasında üçüncü oyununa çıxacaq
İdman09:51 20.10.2026

"Sabah"ın U-19 komandası Gənclər Liqasında üçüncü oyununa çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Əlincə stadionunda, saat 15:00-da start götürəcək.

Görüşün baş hakimi Giorgi Avazaşvili (Gürcüstan) olacaq.

Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə 5, II turda Bakıda Çexiyanın "Slaviya" komandasına 3 cavabsız qolla uduzub.