Xəbər lenti

Vuçiç yenidən Serbiyanın baş naziri olmaq istəyir
Dünya14:52 20.10.2026

Vuçiç yenidən Serbiyanın baş naziri olmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç yenidən ölkənin baş naziri postuna qayıtmaq niyyətində olduğunu açıqlayıb. O, parlament seçkilərində qalib gələrək hökumətə rəhbərlik etməyi planlaşdırdığını bildirib.

Qaynarinfo xəbər verir ki, Vuçiç bu barədə jurnalist Kseniya Sobçaka müsahibəsində danışıb.

Sabiq prezident üçün əsas məqsəd seçkilərdə “adi vətəndaş kimi” qələbə qazanmaq və xalq arasındakı dəstəyinin tutduğu vəzifədən asılı olmadığını göstərməkdir. Bununla belə, o, parlamentdə çoxluq əldə etməyin asan olmayacağını etiraf edib.

Vuçiç sentyabrın 27-də prezident vəzifəsindən istefa verib. O, bu qərarını seçki kampaniyasında inzibati resurslardan istifadə etmədən iştirak etmək istəyi ilə izah edib. Hazırda ölkə daxilində seçicilərlə görüşlər keçirən siyasətçi “Aleksandar Vuçiç – Birləşmiş Serbiya” koalisiyasının seçki siyahısına rəhbərlik edir.

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək. Vuçiç rəhbərlik etdiyi siyasi qüvvə qalib gəldiyi təqdirdə yeni hökuməti formalaşdırmağı və baş nazir postunu tutmağı planlaşdırır.

Qeyd edək ki, Vuçiç 2014-2017-ci illərdə də Serbiyanın baş naziri vəzifəsini icra edib.

Aydın