
Müğənni Təranə Qumral həmkarı Əli Mirəliyevə ömürlük cəza verilməsini istədiyini bildirib. O, Əli Mirəliyevin bütün həmkarlarını tənqid etdiyini deyib:
"Əli müəllim dostumdur, bilirəm ki, heç nə deməyəcək. Özündən başqa heç kəsi bəyənmir. Ona görə də ona ömürlük cəza verilməsini istəyirəm”.
Əli Mirəliyev isə Qaynarinfo-ya açıqlamasında həmkarının bu fikirlərinə sərt cavab verib. O, hazırda sənətə maraq göstərən müğənnilərin az olduğunu, əksəriyyətinin yalnız pul qazanmaq barədə düşündüyünü bildirib:
"Bu gün oxuyan sənətçi çox azdır. Heç kəsi sənət maraqlandırmır, hamı pul qazanmaq ardınca düşüb. Onlar mənim kimi həyat yaşamayıblar. Azərbaycanın bütün sayılıb-seçilən sənətkarlarını görmüşəm, onlardan faydalanmışam. Onlar bu sənət adamlarını görsəydilər, heç vaxt efirə çıxıb ağızlarına gələni danışmazdılar. Məndə səlahiyyət olsaydı, onların hamısını işləmək üçün Qarabağdakı sement zavoduna göndərərdim. Orada yaxşı pul verirlər. Özü də üç növbə işləmələrini tələb edərdim ki, Bakıya gələ bilməsinlər. Onlar Bakıdan nə qədər uzaq olsalar, bir o qədər xalqın xeyrinədir".
Əli Mirəliyev əlavə edib ki, tənqid etdiyi bütün həmkarları onun ölümünü arzulayırlar.
Bahar Rüstəmli