Xəbər lenti

ABŞ-ın dövlət borcu iki ayda 400 milyard dollar artıb
Dünya10:01 21.10.2026

ABŞ-ın dövlət borcu iki ayda 400 milyard dollar artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın dövlət borcu rekord həddə – 40 trilyon dollara çatdıqdan sonra cəmi iki ay ərzində daha 400 milyard dollar artaraq 40,4 trilyon dollara yaxınlaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, avqustun sonundan etibarən ölkənin dövlət borcu təxminən 1 faiz yüksəlib. Mövcud artım tempi davam edərsə, ABŞ-ın dövlət borcunun 50 trilyon dolları ötə biləcəyi ehtimal olunur.

ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozuna əsasən, 2036-cı ildə ölkənin dövlət borcunun həcmi ümumi daxili məhsulunu 20 faiz üstələyə bilər.

Qeyd edək ki, ABŞ-ın dövlət borcu 2017-ci ildən bəri 20 trilyon dollardan 40 trilyon dollara yüksəlib. Borcun kəskin artmasının əsas səbəbi büdcə kəsirinin maliyyələşdirilməsi üçün hökumətin əlavə vəsait cəlb etməsidir. Nəticədə ölkənin daxili və xarici borcları on ildən də az müddətdə iki dəfə artıb.

Aydın